"Intel" Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxaraq Rusiyada fəaliyyətini dayandıran şirkətlərə qoşuldu.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiyanın Ukraynanı işğal etməsinə reaksiya verən şirkət Rusiyadakı bütün fəaliyyətini dayandırdığını açıqlayıb. Eyni bəyanatda işğal prosesində Rusiyaya dəstək verən Belarusa daşımaların dayandırıldığı barədə də məlumat var idi.


"Intel", həmçinin bölgədəki işçilərini dəstəkləməyə davam edəcəyini, "Intel" Fondunun Ukraynaya kömək üçün 1,2 milyon dollar ianə topladığını və Polşa, Almaniya və Ruminiya kimi ölkələrdəki komandalarının qaçqınlara göstərdikləri yardımdan qürur duyduğunu açıqlayıb.