Aprel ayının 16-da "Baku Marriott Hotel Boulevard"da “Facemark” MMC, “Business Management School” MMC və “HR Option” MMC-nin təşkilati dəstəyi ilə Milli İnsan Resursları Forumu baş tutub.
“Axına qarşı” şüarı altında keçirilən forumda insan resursları sahəsində tanınmış rəhbər şəxslər, peşəkarlar, dövlət rəsmiləri, iş adamları və sahibkarlar iştirak edib.
Tədbir Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəylinin açılış nitqi ilə başlayıb. Daha sonra iki panel olmaqla doqquz spiker və iki moderatorun çıxışı ilə davam edib.
Elnur Axundovun moderatorluğu ilə baş tutan I panel spikerlər - “Deloitte” Azərbaycanın akademiya rəhbəri Nərgiz İbrahimova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnsan resursları departamentinin direktoru Müşfiq Əmircanov, “AVT Logistics” MMC-nin İnsan Resursları departamentinin direktoru Pərviz Qasımov, “NES Fircroft” şirkətinin ölkə üzrə direktoru Fəzilə Əsgərovanın iştirakı ilə "Ölkəmizin əmək bazarında yeni imkanlar və perspektivlər" mövzusu müzakirə edilib.
Şamo Mürşüdovun moderator olduğu II panel isə spikerlər - “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan resursları idarəsinin rəisi və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) həmtəsisçisi və İdarə heyətinin üzvü Tural Məmmədov, “Ekvita Consulting” MMC-nin Təşkilati inkişaf üzrə direktoru Asif Bədəlov, “Veysəloğlu” Şirkətlər Qrupunun CHRO-su Yılmaz Öztürk, “MKT İstehsalat Kommersiya” MMC-nin Təlim və inkişaf üzrə meneceri Elnur Axundovun iştirakı ilə "Effektiv komanda idarəçiliyi və loyallıq" mövzusu müzakirə edilib.
Tədbirin 3-cü hissəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan, bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) təqdimatı ilk dəfə Milli İnsan Resursları Forumunda baş tutub.
Forumun sonunda iştirakçılar arasında keçirilən müsabiqələrin nəticələri açıqlanaraq qalib şəxslərə hədiyyələr təqdim olunub.
Bizimlə bərabər olduqları üçün bütün təşkilatçılara, sponsorlara, dəstəkçilərə, tərəfdaşlara, spikerlərə və iştirak edən hər kəsə təşəkkür edirik!
Milli İnsan Resursları Forumundan şəkilləri təqdim edirik: