İstifadəçilərinin podkastlarla daha çox ünsiyyətdə olmasını istəyən "Spotify" yeni tətbiqini təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Spotify", "Greenroom" proqramının adını "Spotify Live" olaraq dəyişdirib. Bu dəyişikliklə proqram səsli söhbət otaqlarından daha çox podkastlara yönəldilib. Şirkət bu yeni proqramla istifadəçilərinin səsyazma zamanı “Spotify Original” etiketli podkastları dinləmələrini və hətta proqramlarda iştirak etmələrini istəyir.


İlk mərhələdə təxminən 24 podkastla istifadəyə verilən tətbiqdə podkastların sayının zamanla artması planlaşdırılır. "Spotify Live"ın başqa bir xüsusiyyəti onun təkcə səsdən asılı olmamasıdır. Müzakirə otaqları da olan proqram dinləyicilərə məqalə və GIF-ləri paylaşmağa da imkan verir.


Qeyd edək ki, "Spotify Live"ı Apple Store və Google Play-dən yükləmək mümkün olsa da, tətbiqin bəzi xüsusiyyətlərinə "Spotify" tətbiqindən daxil olmaq da mümkündür.