Funksiya əlçatan olarsa, postların "dislike" nömrələri görünməyəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "TikTok" dünən istifadəçilərinə bəyənmədikləri məzmunu "bəyənməməyə" imkan verəcək bir funksiyanı sınaqdan keçirdiyini açıqlayıb. Bu funksiya əlçatan olarsa, "TikTok" istifadəçiləri maraqsız və ya uyğun olmayan məzmunu "bəyənməmək" imkanına sahib olacaqlar.


Məzmunun bəyənmə sayı rəqəmlə təqdim olunmağa davam edilsə də, bəyənməmələrin sayı gizli saxlanılacaq. Görünüşü məhdudlaşdırmaqla, "TikTok" bəyənilməməyin məzmun yaradıcılarına mənfi təsirinin qarşısını almağı hədəfləyir.