Elon Musk iddia edir ki, Tesla 2023-cü ildə insanabənzər robot istehsalına başlayacaq. Ötən ilin avqustunda keçirilən "Tesla AI Day"də çıxış edən İlon Mask Teslanın humanoid, yəni insanabənzər robot üzərində işlədiyini açıqlamışdı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İlon Mask Teslanın avtomobillərində istifadə etdiyi süni intellekt texnologiyası ilə təchiz edilməsi planlaşdırılan insanabənzər robotun adının "Tesla Bot" olduğunu ifadə edib. O, bu robotun insanların hər gün gördüyü təhlükəli, təkrarlanan, yorucu işləri öz üzərinə götürəcəyini bildirib.


"Optimus Sub-Prime" adlandırılmağa başlanan robotun 2023-cü ildə istehsal olunmağa başlayacağına dair siqnallar verərkən Musk robotun insanların etmək istəmədiyi işləri öz üzərinə götürəcəyini təkrarlayıb. O, həmçinin robotun avtomobillərdən daha çox dünyanı dəyişdirən bir gücə çevriləcəyini düşündüyünü bildirib.