"Space Perspective" iddia edir ki, hava şarları kosmik turizm üçün yeganə sıfır karbon alternatividir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu gün "SpaceX", "Blue Origin" və "Virgin Galactic" kosmos yarışlarını davam etdirərkən və NASA yenidən Aya getməyə hazırlaşarkən bir şirkət öz müştərilərinə fərqli bir şəkildə kosmos turizmi təklif etmək istəyir. “Space Perspective” adlanan bu şirkət digər kosmik şirkətlərdən fərqli olaraq kosmos turizmi üçün daha yaxşı alternativ kimi gördüyü şarlardan istifadə etməyi planlaşdırır. Çünki şarlarla kosmosa çıxdığınız zaman raketlərlə müqayisədə daha uzun sürəcək təcrübə heç bir məşq tələb etmir. "Space Perspective", uzun eniş prosesi istisna olmaqla, təcrübənin iki saata qədər çəkəcəyini bildirir.


Şirkət həmçinin iddia edir ki, rəqiblərindən fərqli olaraq, hava şarları ilə kosmik turizm sıfır karbondur. Bundan əlavə, bilet qiymətləri "Virgin Galactic"in 450 min dollarlıq bilet qiymətindən fərqli olaraq 125 min dollardır. Şirkət bu günə qədər 600 bilet satdığını açıqlasa da, ilk uçuşları 2024-cü ildə etməyi planlaşdırır.