"SpaceX" və "Tesla"nın baş direktoru İlon Mask ABŞ-da yerləşən sosial media platforması "Twitter"i 44 milyard dollara almağa razılaşıb.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İlon Maskın milyonlarla istifadəçinin və dövlət liderlərinin istifadə etdiyi sosial media platforması olan "Twitter"i 44 milyard dollara almağa razı olduğu bildirilir.


"Twitter"də edilən açıqlamada şirkətin hər səhmini 54,2 dollara Maska satmaq üçün razılığın əldə edildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, əməliyyat başa çatdıqdan sonra "Twitter" özəl şirkətə çevriləcək.


"Twitter"i hər zamankindən daha yaxşı etmək istədiyini bildirən Mask, "Twitter"in böyük potensiala malik olduğunu və bunu ortaya çıxarmaq üçün şirkət və istifadəçilərlə işləməyi səbirsizliklə gözlədiyini qeyd edib.