İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.


Facemark.az xəbər verir ki, ikinci yarımfinalda 18 ölkənin təmsilçisi (Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç) çıxış edib.


Müsabiqənin ikinci yarımfinalında təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnısı ilə iştirak edib.


Mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.


Qeyd edək ki, final mərhələsi mayın 14-də baş tutacaq. Azərbaycan 15-ci sırada çıxış edəcək.






Təmsilçimiz Nadir Rüstəmlinin çıxışını izləyə bilərsiniz: