17 may 2022-ci ildə “Baku Marriott Hotel Boulevard”daölkəmizdə ilk dəfə Bakı Su İnnovasiya Forumu (Water İnnovation Forum Baku) keçiriləcəkdir. Tədbirdə 200 nəfərdən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı gözlənilir.


“Aqualink” MMC “Facemark” MMC-nin təşkilatçılığı, Nijhuis Saur Industries, “A. O. Smith” və “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək forum çərçivəsində gün ərzində 3 panel üzrə müzakirələr aparılacaq.


“Suyun idarəedilməsi, səmərəli həllər və mütərəqqi texnologiyalar” mövzusuna həsr olunmuş I paneldə “A.O. Smith Water Technology Turkey” şirkətinin əməliyyat üzrə direktoru Aşkin Aksu, “AO Smith Water Technology INC.” şirkətinin layihə satış meneceri Cem Abdullahoglu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev, Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının Sədri Zaur Salmanlı, Kurita Turkey Kimya A.S. Satış Mühendisi Tuncay Oktav, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Meliorasiya və Su Təsərrüfatı obyektlərinin istismarı şöbəsinin baş məsləhətçisi Riad Axundzadə çıxış edəcək.


II paneldə “Çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri” mövzusu müzakirə olunacaq. Moderator Amin Məmmədovun təqdimatı ilə başlayacaq forum “Nijhuis Saur Technology”- Bölgə satış direktoru Emiel Koster, “Nijhuis Industries B.V. Russia and CIS” şirkətinin baş meneceri Dmitry Molokanov, “Nijhuis Saur Industries” şirkətinin Qazaxıstan və MDB ölkələrində nümayəndəsi Aigul Nurmagambetova, “Azərsu” ASC Tullantı su şəbəkələrinin istismarı şöbəsinin mühəndisi Ceyhun Fazimov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov və Xəzər Universitetinin professoru Rövşən Abbasovun çıxışı ilə davam edəcək.


"Ekol Mühəndislik Xidmətləri" QSC "Ekologiya" İdarəsi - Rəis müavini Əflatun Həsənovun moderator olacağı sonuncu panel “Suyun Keyfiyyətinin İdarəedilməsi, Analiz və Nəzarət Texnologiyaları” mövzusuna həsr olunub. “VORTEX Water Engineering” şirkətinin qurucusu və direktoru, “HACH” Şirkətinin Gürcüstan üzrə regional nümayəndəsiArchil Nasrasvili, "AZƏRSU" ASC-nin Texnoloji Proseslərə Nəzarət və Su Təhlükəsizliyi İdarəsinin müdiri, Baş texnoloq Cəmil Babayev, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari, Amiad Water Systems LTD şirkətinin MDB, Baltikyanı və Balkanlar üzrə regional satış müdiri Alex Shraer və ETSN Milli Hidrometeorologiya Xidmətinin Ətraf mühit üzrə monitorinq mərkəzinin direktoru Abbasova Gülnarə spiker qismində fikirlərini bölüşəcəklər.


Xatırladaq ki, forum canlı (oflayn) və onlayn olmaqla, hibrid formatda həyata keçiriləcəkdir. Onlayn iştirakçılara müvafiq platforma üzərindən öncədən yaradılmış link göndəriləcək və forumu sonadək izləmə imkanı yaradılacaqdır.