Kanada Çinin "Huawei Technologies" və "ZTE Corp" texnologiya şirkətlərinin 5G avadanlıqlarının istifadəsini qadağan etmək qərarına gəlib.


Facemark.az xarici xəbərə istinadən xəbər verir ki, Kanadanın bu qərarı Çinlə diplomatik gərginliyə görə gecikmişdi. Kanadanın sözügedən qərarı ilə "Five Eyes" adlı kəşfiyyat şəbəkəsinin bütün üzvləri "Huawei Technologies" və "ZTE Corp"un 5G avadanlıqlarının istifadəsini qadağan edəcək.


"Five Eyes" şəbəkəsinin digər üzvləri olan ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya daha əvvəl "Huawei" və "ZTE" avadanlıqlarını qadağan etmişdir. Kanadanın sənaye naziri Fransua-Philippe Şampan Ottavada jurnalistlərə bildirib: "Biz Huawei və ZTE-ni 5G şəbəkələrimizdən çıxarmaq niyyətindəyik. Bu avadanlığı quraşdıranlar onun istifadəsini dayandırmalı və bu gün elan etdiyimiz planlara uyğun olaraq onu çıxarmalı olacaqlar". Şampan bəyan edib ki, şirkətlər 2024-cü ilin iyun ayına qədər "Huawei" və "ZTE"yə məxsus 5G avadanlıqlarından istifadəni, 4G avadanlıqlarından istifadə edən şirkətlər isə 2027-ci ilin sonuna qədər bu avadanlıqdan istifadəni dayandırmalıdırlar.