Sentyabrın 23-də Xorvatiyanın Rovinj şəhərində "Golden Drum" festivalı keçiriləcək.


Facemark.az-ın media tərəfdaşı olduğu "Golden Drum", "Weekend Media Festival"ın ev sahibliyi ilə canlı olaraq təşkil olunacaq. Festival real həyat təcrübələrindən uzun fasilədən sonra yenidən bir araya gəlmək və yaradıcılığı yenidən alovlandırmaq istəyi ilə itirilmiş əlaqəni bərpa etməyə hazırdır.


"Golden Drum" festivalına ilham dolu bir gün, ən son tendensiyalar, tanınmış peşəkarların yaradıcı fikirləri, mükafat şouları daxildir.


"Weekend Media Festival"nın direktoru Tomo Ricov əlavə edib: “Golden Drum" tədbirini "Weekend Media Festival"ı olaraq qarşılamaqdan böyük şərəf duyuruq. "Golden Drum" onilliklər boyu yaradıcılıq sənayesində mükəmməllik üçün bir söz olmuşdur. Bu əməkdaşlıq regionda iki ən böyük media, marketinq və kommunikasiya hadisəsini birləşdirir. Biz Rovinjdə bir araya gəlməyi səbirsizliklə gözləyirik!"


Bu il təqdim edilən yeniliklərə iki yeni xüsusi mükafat daxildir - İlin İstehsalat Agentliyi və İlin Rəqəmsal Agentliyi, C qrupunda yeni kateqoriya (Texnologiyanın Yaradıcı İstifadəsi) və bir sıra işlərə daxil olmaq üçün yeni imkanlar daxildir.