10-11 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da “Öz Yolumuz” şüarı ilə bu il VIII dəfə keçiriləcək Milli Marketinq Forumu 2022-nin spikerləri bəlli olub.


“FACEMARK” MMC-nin təşkilatçılığı ilə həyata keçiriləcək forum 7 paneldən ibarət olacaq. 300-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.


"Sağlam Ailə" klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutacaq paneldə “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilova, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının Üzvü, "Oba" Marketlər Şəbəkəsinin İdarə Heyətinin Sədri Vüsal Şərifov və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının Həmtəsisçisi və Prezidenti Vasif Eyvazzadə öz təcrübəsini paylaşacaq.


“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə II panel “Data və İstehlakçı davranışı” mövzusunda olacaq. Bilgi universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdula, “Usespots” şirkətinin təsisçisi Mustafa Dalcı və Kapital Bankın marketinq ekspert mərkəzinin lideri Günel Mavliyarova spiker qismində çıxış edəcəklər.


Marketinq Peşəkarları Birliyi, Brendinq və Kommunikasiya üzrə müstəqil məsləhətçi Elnur Nurəlinin moderator olacağı “Media və Reklam” paneli ADRA Strafteji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Nəsrullayev, "Azad Azərbaycan" televiziyasının İcraçı direktoru İsmayıl Həsənov, “Starcom” şirkətinin direktoru Ziya Yusifov və Vostok TV-nin vitse-prezidenti, Beylimedia şirkətinin təsisçisi Şəhriyar İmanbəylinin çıxışı ilə baş tutacaq.


Forumun ikinci günü I panel “Ziddiyyətlərin debatı” mövzusunda DJ Fatehin moderatorluğu ilə baş tutacaq. “Söhbətgah” layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımov bu mövzuda fikirlərini bölüşəcəklər.


“Synergy Partnership” şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu və “Azercell” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və “Paşa Holdinq” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışı ilə II panel “Strateji kommunikasiya” mövzusuna həsr olunacaq.


“Riteyl, Satış və Ticari Marketinq” paneli “Blue Planet Distribution” şirkətinin marketinq meneceri Nuranə İsgəndərovanın moderatorluğu ilə baş tutacaq. “Veysəloğlu” MMC və CRM direktoru Fuad Məmmədov, “Army Group” İdarə Heyəti üzvü Kamal Mirzəyev və Azərsun Holdinq, Marketinq direktoru Derya Cantutan spiker qismində çıxış edəcək.


“ELSEO” MMC-nin təsisçisi Elşən Cəfərovun moderator olacağı sonuncu panel “Rəqəmsal Marketinq” mövzusuna həsr olunacaq. “FCB ArtGroup” şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı spiker olaraq fikirlərini bölüşəcək.


Tədbirin sonunda “After Party” təşkil olunacaq.


Biletləri https://millimarketinqforumu.az/ saytına keçid alaraq əldə edə bilərsiniz.


İlin marketinq tədbirinə hər biriniz dəvətlisiniz!