"Agtech" (kənd təsərrüfatı texnologiyaları) sahəsində çalışan robototexnika şirkəti "FarmWise" 45 milyon dollarlıq investisiya alıb.


Facemark.az xarici xəbərə istinadən xəbər verir ki, 45 milyon dollarlıq investisiyaya "Fall Line Capital" və "Middleland Capital" rəhbərlik edir. "GV", "Taylor Farms", "Calibrate Ventures", "Playground Global", "SVG Ventures" və "Wilbur Ellis" ABŞ-da yerləşən şirkətin investisiya raunduna qoşulublar. Həmçinin qeyd olunub ki, “Fall Line Capital” həmtəsisçisi və baş meneceri Kley Mitçel şirkətin direktorlar şurasında yer alacaq. 2016-cı ildə qurulan "Farmwise"in ümumi investisiya məbləği 65,2 milyon dollara çatıb.Yeni investisiyanın şirkətin "Ar-Ge" proseslərinin təkmilləşdirilməsi üçün istifadə ediləcəyi açıqlanıb.


İqlim səbəbi ilə Kaliforniya və Arizonada alaq otlarına qarşı mübarizə aparan və ən uyğun məhsul gününü təyin edən, geniş şəkildə istifadə edilən bu robotlar həm də təsərrüfatlarda xərcləri azaldır. Robotlar tarla fermerlərinin alaq otlarından təmizləmə yükünü yüngülləşdirmək və davamlı həll yolu təqdim etmək üçün nəzərdə tutulub. Məlum olduğu kimi, dünyada hər səkkiz nəfərdən biri aclıqdan ölür. Artan dünya əhalisi hazırkı qida ehtiyacını gündən-günə daha aydın göstərir. Qida təhlükəsizliyi qlobal istiləşmə, həddindən artıq əhali, planlaşdırılmamış və sürətli urbanizasiya ilə təhdid edilir. 2050-ci ildə 2 milyard insanın bu vəziyyətlə mübarizə aparacağı bildirilir. Bu nöqtədə kənd təsərrüfatı sektorunda "Ar-Ge" araşdırmalarına diqqət yetirmək çox vacibdir. Bu sahədə çalışan startaplar investorların diqqətini cəlb edir.