"Getwallet" bütün dünyada ən çox istifadə edilən kripto pul kisələri arasındadır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mobil istifadəçilərin kriptovalyuta dünyasına çıxışını asanlaşdırmağa çalışan "Getwallet", token köçürməsini “istənilən telefon nömrəsinə SMS göndərmək qədər asan” edəcək. Texnoloji qurucuları texnologiya və marketinq sahəsində 15 illik təcrübələrinin gücü ilə kripto pul kisəsi "Getwallet"ə populyarlıq gətirməyi hədəfləyirlər. Kripto pulların istifadəsini genişləndirərək ekosistemi yeni istifadəçilərlə bir araya gətirməyi hədəfləyən "Getwallet", dünyanın hər yerində olmağınızdan asılı olmayaraq, istədiyiniz telefon nömrəsinə tokenləri etibarlı və sürətli şəkildə köçürəcək. "Getwallet" istifadəçilərini uzun pul kisəsi kodlarından və mürəkkəb tranzaksiyalardan xilas edəcək, onlara əlavə proqrama ehtiyac olmadan yalnız öz mobil identifikatorlarından istifadə edərək öz rəsmi tokeni "Getcoin"i köçürməyə imkan verəcək.
Qeyd edək ki, "Getcoin" üçün erkən giriş tarixi olaraq 1 iyunu təyin edən "Getwallet", 11 oktyabr 2022-ci ildə ICO prosesinə başlayacaq. İnvestor tələbindən çox öz istifadəçiləri tərəfindən yaradılacaq iqtisadiyyat üzərində qurulan iş modelində, erkən giriş məhdud və çox az adam üçün qəbul ediləcək.