"WWDC 2022"də qarşılaşdığımız ən mühüm yeniliklərdən biri "Apple Pay"a əlavə edilən indi al, sonra ödə funksiyası olan "Apple Pay Later"dir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple Pay Later" funksiyası "Apple Pay" ilə ediləcək ödənişləri 4 bərabər hissəyə bölə bilir. Əlavə edək ki, "Apple Pay Later" ilə heç bir komissiya tutulmur. Bir sözlə, edilən taksitlərə görə əlavə ödəniş alınmır. "Apple Pay Later" ilə ediləcək bütün ödəniş detalları "Apple Wallet" tətbiqi vasitəsilə izlənilə bilər. Mastercard şəbəkəsindən istifadə edən "Apple Pay Later" funksiyası hazırda bütün ABŞ-da mövcuddur.


Qeyd edək ki, “Apple Pay” həlli ölkəmizdə mövcud deyil. Maliyyə ekosisteminin ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilən indi al sonra ödə "PayPal", "Affirm" və "Klarna" kimi şirkətlər tərəfindən də təklif edilir.