Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türksat 5B peykinin istifadəyə verilməsi mərasimində Türk Hava Yolları ilə bağlı mühüm açıqlama verib. Prezident Ərdoğan Türk Hava Yollarının beynəlxalq aləmdə rebrendinq ediləcəyini açıqlayıb.


Ərdoğan Türk Hava Yolları ilə bağlı dəyişikliyi bu sözlərlə ifadə edib: “Beynəlxalq miqyasda Turkey kimi istifadə edilən ölkəmizin adını Türkiyə olaraq dəyişdirərək simvolik əhəmiyyətə malik daha bir addım atdıq. Artıq Turkey yoxdur, Türkiyə var. Bundan sonra təyyarələrimizin gövdəsində Turkish Hava Yolları əvəzinə Türkiyə Hava Yolları yazacağıq”.


Prezident Ərdoğanın bu açıqlaması qısa zamanda sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.