Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan "UNEC İqtisadi Forumu 2021" zamanı Polşanın maliyyə naziri postunda çalışmış, bu ölkənin iqtisadiyyatının memarlarından sayılan iqtisadçı professor Qrzeqorz V.Kolodko ilə görüş keçirilib. Professor Kolodko sual-cavab sessiyasında alim və tədqiqatçıları maraqlandıran sualları cavablandırıb.