3G servisnin uğurlu buraxılışından sonra Hindistan 2012 – ci ilin sonuna kimi dördüncü nəsil (4G) servisini istifadəyə vermək haqqında düşünür. “ Bizim artıq 4G servisini uğurla həyata keçirə bilmək üçün yetərli qədər imkanlarımız var. Və arzu edirk ki, bunu gələn ilin sonuna kimi reallaşdıra bilək. 2012 – ci ilin birinci yarısından sonra biz artıq 4G servisinə tam hazır olmalıyıq ” - Kommunikasiya naziri Kapil Sibal belə deyib.


4 G vasitəsi ilə ötürülən sürət (internet) 100 km sürətlə hərəkət edilən bir yerdə 1saniyəyə 100 mb, lakin az hərəkətli bir yerdə isə 1saniyəyə 1 gb olacaqdır. Bu da o deməkdir ki, 100km sürətlə hərəkət edən bir insanın 1 saatlıq filmi 1dəqiqədə köçürmək imkanı olacaqdır. Lakin əsas problem ondadır ki, 3G əsasən elit təbəqə tərəfindən istifadə olunur, adi təbəqəyə məxsus insanlar bundan istifadə etməyi özlərinə lazım və vacib bilmirlər.


“Siz hanısa bir cihaz gətirə bilərsiz, lakin bu cihazın məzmunu yoxdursa, onu istifadəyə verməyin də heç bir mənası olmayacaqdır. Bizim ölklədə olan ən böyük problemlərədən biri odur ki, bizdə məlumat yoxdur. Həyata keçirməyə çalışdığımız bu kontent adi təbəqə insanların da bu servisdən yararlana bilməsi üçün lazım olan bütün imkanları təmin etməlidir. ” - Kommunikasiya naziri Kapil Sibal deyib.