Aparıcı texnologiya şirkətləri metaversenin potensialına daha tez çatmasına kömək etmək üçün "Metaverse Standartlar Forumu" zamanı bir araya gəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, brendlər tərəfindən təşkil edilən kompaniyaların ilk ünvanı olmağa başlayan metaverse üçün bir ilkə nail olunub. "Meta", "Microsoft", "Huawei", "NVIDIA", "Qualcomm", "Sony Interactive Entertainment", "Epic Games", "Unity" və "Adobe" kimi qabaqcıl texnologiya şirkətlərinin daxil olduğu "Metaverse Standartlar Forumu" zamanı brendlər açıq metaverse yaratmaq üçün lazım olan qarşılıqlı fəaliyyət standartlarını inkişaf etdirirlər. Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Apple"ın siyahıda olmaması təəccüb yaradıb. Bu vəziyyətin əsas səbəbinin "Apple"ın gələcəkdəki yoluna təkbaşına davam etmək istəməsi kimi görünür.


Forum niyə yaradılıb?


Otuzdan çox aparıcı texnologiya şirkətinin əməkdaşlığı nəticəsində yaradılan "Metaverse Standartlar Forumu"nun əsas məqsədi metaverseyə xas olan təşəbbüslər və texnologiyalar üçün yol açacaq “açıq mənbəli” birgə iş sahələri yaratmaqdır. Bir növ, brendlər bu forumla güclərini birləşdirməyi və metaversenin öz potensialına daha tez çatmasını təmin etməyi hədəfləyir. Digər məqsəd metaverse üçün müəyyən standartların yaradılmasıdır. Bu standartlar tərtibatçılara çarpaz platforma sistemləri qurmağa imkan verir. Qeyd etmək lazımdır ki, metaverse hələ potensialının başlanğıcında olan bir texnologiyadır, lakin aparıcı texnologiya şirkətlərinin əməkdaşlığının metaversenin öz potensialına çatmasını sürətləndirəcəyi danılmazdır. Hər hansı bir standartda olduğu kimi metaverse üçün müəyyən ediləcək standartlar fəaliyyət göstərə bilməsi üçün sənayenin aparıcı şirkətləri tərəfindən qəbul edilməlidir. "Metaverse Standartlar Forum"u, digər tərəfdə, aparıcı texnologiya şirkətlərinə əməkdaşlıqda müəyyən standartların yaradılmasında vasitəçilik edir.