Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 4 398,1 mln. manat təşkil edib.


Facemark.azAPA-Economics”ə xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.


Nazir bildirib ki, proqnoz 128,6% icra edilib.

“Vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri-neft-qaz sektorunun payına düşür”, - Mikayıl Cabbarov qeyd edib.