Yer kürəsinin və insan orqanizminin 75 %-ni su təşkil edir. Yer kürəsinin və insanın taleyi su ilə bağlıdır. Lakin yer kürəsinin su ehtiyatlarının 3 %-i içməli sudur.
Gədəbəy bölgəsindəki suların insan orqanizmi üçün çox yararlı olduğunu bilərək içməli suyun insan həyatı üçün nə qədər vacib olduğunu nəzərə alıb həmin suları xalqımıza çatdırmaq üçün 2003- cü ildə Gədəbəy sularının “Slavyanka № 1” markası ilə istehsalına başladıq. Suya bazarda tələbatı nəzərə alaraq “Slavyanka № 1” sularının istehsalını təkmilləşdirmək və istehsal həcmini artırmaq üçün 2008-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət etdik.
Azərbaycan Respublikası Prezidentinin Regionların Sosial və İqtisadi İnkişafı Proqramına uyğun olaraq bu layihəmiz bəyənildi və Gədəbəy rayonu Zəhmət kəndində dövlətin investisiyası hesabına Avropa standartlarına uyğun müasir texnologiyalarla təchiz olunmuş su istehsalı kompleksi yaradıldı. Gədəbəy Mineral Suları MMC-də “Slavyanka № 1” “Gədəbəy” markası ilə qazlı və qazsız təbii mineral süfrə suları istehsal olunur.
“Slavyanka № 1” “Gədəbəy” mineral süfrə suları təbii bulaq suyudur. İçməli su standartlarına tam uyğundur, tərkibindəki minerallar və mikroelementlər mübadilə prosesini normallaşdırır, qəbzliyi aradan götürür, insanın uzun ömür sürməsinə səbəb olur.