Bitkoinlərinin 75%-nin əlindən çıxdığını açıqlayan Tesla, "Dogecoin" aktivinə toxunmayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2022-ci ilin ikinci rübü üçün balans hesabatını açıqlayan Tesla, Bitkoin aktivlərinin 75%-ni əldən çıxardığını açıqlayıb. Şirkət Bikcoin satışını nağd mövqeyini gücləndirmək üçün həyata keçirdiyini və bu satışdan 936 milyard dollar qazandığını bildirib.


Tesla keçən il Bitkoinə təxminən 1,5 milyard dollar sərmayə qoyub. Kripto pul bazarının daraldığı və Bitkoinin ciddi dəyər itkisi yaşadığı bu dövrdə satışdan sonra şirkətin Bitkoin üzərindən ümumi itkisinin təxminən 189 milyon dollar olduğu bildirilir.


Digər tərəfdən yanvar ayında bəzi məhsulları "Dogecoin" ilə satmağa başlayan və daha sonra "Supercharger" şarj stansiyalarında istifadə imkanı ilə bu işi genişləndirən Tesla, "Dogecoin"lərə toxunmayıb.