5-7 sentyabr 2022-ci il tarixlərində virtual formatda My Data Summit 2022 (www.mydatasummit.com) qlobal forumu keçiriləcəkdir.


Facemark.az media tərəfdaşı olduğu foruma istinadən xəbər verir ki, forumun əsas məqsədi Microsoft şirkətinin müasir platforma və üsulları vasitəsilə dataların toplanması və emalı məsələlərinin müzakirəsi və təqdimatıdır. Sammitin gündəliyində maliyyə və büdcə məsələlərinin modelləşdirilməsi mövzusuna xüsusi önəm verilir.


Forumda 20 ölkəni təmsil edən 35 tanınmış spikerlərin çıxışı və müxtəlif mövzular üzrə masterklassların keçirilməsi nəzərdə tutulur.







Sammitin sponsorlarından biri Kanadanın Maliyyə Modelləşdirilməsi İnstitutudur.


Sammit çərçivəsində virtual sərginin keçirilməsi nəzərdə tutulur. Qurumunuz sərgidə öz virtual stendi və ya virtual zalı ilə təmsil oluna bilər. Eyni zamanda forum beynəlxalq IT vendorları ilə, yüksək kvalifikasiyalı mütəxəssislərlə, potensial tərəfdaşlarla əməkdaşlıq qurulması üçün əlverişli imkanlar yaradacaqdır.


Rəhbərlik etdiyiniz qurumun idarəetmə və təhlil məsələlərinin avtomatlaşdırmasına və data analitikaya verdiyi önəmi və yüksək nailiyyətləri nəzərə alaraq, müəyyən etdiyiniz vəzifəli şəxslərin və mütəxəssislərin sammitin panel və digər format müzakirələrində iştirakını arzulayardıq.