İnstaqram CEO-su Adam Mosserinin verdiyi açıqlamaya görə, İnstaqramda paylaşılan 15 dəqiqədən az olan bütün videolar bundan sonra Reels olaraq paylaşılacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İnstaqram CEO-su Adam Mosseri 15 dəqiqədən qısa olan bütün videoların Reels olacağını açıqlayıb.


Bu yaxınlarda Reels-in çəkilişi zamanı ikili kameradan istifadə imkanı verən Instagram, şəxsi profili olmayan istifadəçilərinin 90 saniyədən qısa videolarını alqoritm vasitəsilə duet etmək istəyən digər istifadəçilərə təklif edəcək. İstifadəçilər 90 saniyədən qısa olan bu videolarla maraqlansalar, İnstaqramın video redaktə alətləri ilə yeni Reels məzmunu yarada biləcəklər.


Videolar və Reels paylaşımları profillərdə bir tab altında görünəcək. Gələcəkdə hər kəs üçün açıq olan fotoşəkillər Reels məzmununda istifadə edilə biləcək. Digər tərəfdən, dəyişiklik edilmədən əvvəl paylaşılan və 15 dəqiqədən uzun videolar Reels paylaşımlarına çevrilməyəcək.