İran və Rusiya SWIFT-ə bənzər banklararası ödəniş sisteminin yaradılması üzərində işləyirlər.


Facemark.az xarici mənbəyə istinadən xəbər veriri ki, İran və Rusiya SWIFT-ə bənzər banklararası ödəniş sisteminin yaradılması üzərində işləyirlər. Bu barədə İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri RİA Novosti-yə müsahibəsində danışıb. O qeyd edib ki, hər iki ölkə belə bir sistemin bir versiyasını təklif edib.


Bundan əlavə, Safari-nin məlumatına görə, Rusiyanın “Mir” ödəniş sistemi tezliklə İranda istifadəyə veriləcək.