Womm ( word of mouth marketing – ağız marketinqi ), bir məhsul və ya xidmət haqqında insanlara şayiə yayılmasını təmin edərək daha çox alıcıya çatmağı məqsəd qoyan marketinq strategiyasıdır. İstehlakçıların məhsul və ya xidmətdən əldə etdikləri faydanı və ya eşitdikləri bir məlumatı başqalarına yaymaları sayəsində daha çox adama çatır.


Burada diqqət edilməsi vacib olan məsələ insanlara təkcə danışacaqları deyil, həm də bəyəndiklərini bildirəcək səbəb yaymaq lazımdır. Bu da məhsul və ya xidmətin keyfiyyətiylə mümkündü. İnsanlar bir məhsulu və ya xidməti sınaqdan və ya satın almadan əvvəl reklam kampaniyaları yerinə ətrafında məhsulu və ya xidməti sınayan bir yaxınları olmuşsa əvvəlcə onlara soruşmağı ehtiyac bilir . Çünki reklam kampaniyalarına çoxlu pul verən şirkətlərdən şübhəli olduğundan bu insanların daha doğru bir izahata ehtiyacları var.


Burada şirkətlərin üstünə düşən insanların məhsul haqqında nəyi danışacağını yaxşı təyin etmək və danışmalarını istədikləri səbəbi insanlara doğru izah edərək məhsulu danışa biləcək bir hala gətirməkdir. Burada məqsəd qoyulanın reallaşdırıla bilməsinə görə reklam büdcəsinin yüksək büdcəli olmasının da əhəmiyyəti qalmır, çünki aşağı büdcə və Womm sayəsində daha çox adama çata bilir.


Bununla bərabər bu satışa çıxarma strategiyasında diqqət edilməsi vacib olan əhəmiyyətli bir xüsus daha var. O da mənfi bir xəbərin müsbət bir xəbərdən daha sürətli yayılacağıdır. Buna görə şirkətlərin çıxarılan məhsul və ya təqdim edilən xidmətin keyfiyyətinə böyük əhəmiyyət vermələri lazımdır. Əksinə vəziyyətdə şirkətin prestiji zədələniləcək və müştəri itirəcək. Ayrıca pis şöhrəti yaxşıya çevirmək və itirilən müştərini geri qazanmaq da o qədər asan olmayacaq.


Nəticə olaraq, bu satışa çıxarma növünün strategiyası televiziya reklamlarının çox çox olması və reklamların bir çoxunun istehlakçının təbii olaraq zehinində qalmaması, qalan reklamların da böyük qisiminin çox şişirdildiyinə inanılması və ya heç cür güvənilməməsi ucbatından istehlakçını yalnız istehlakçı olmaqdan çıxararaq, bir-birləriylə ünsiyyət halında olan birlikləri bir ünsiyyət yəni bir reklam vasitəsi olaraq istifadə etmək və bu sayədə geniş kütlələrə çatmaq məqsədi güdür.