Əməkdaşlıq çərçivəsində "Trendyol" istifadəçiləri də Miles&Smiles üstünlüklərindən yararlana biləcəklər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Trendyol" Türk Hava Yolları ilə yeni əməkdaşlığa imza atıb.Yeni əməkdaşlıq çərçivəsində Türk Hava Yollarının Miles&Smiles sərnişin proqramına üzv olan istifadəçilər artıq uçuş və kredit kartı xərclərindən qazandıqları milləri Türk Hava Yollarının yenilənmiş onlayn "Trendyol" hədiyyəsi olaraq ala bilərlər.


Həyata keçirilən əməkdaşlıq haqqında şərh edən Türk Hava Yolları Marketinq və Satış Baş Müdir Köməkçisi Ahmet Olmuş: "Biz üzvlərimizin tələb və gözləntilərini nəzərə alaraq Shop&Miles saytımızı 2022-ci ildə yenilədik. Shop&Miles ilə Miles&Smiles istifadəçiləri artıq millərini istədikləri brendlə keçirə biləcəklər. "Trendyol" ilə əməkdaşlığımızı elan etməkdən məmnunluq duyuruq." deyə bildirib.