Brendlər ənənəvi kanallardan rəqəmsal kanallara üz tutan istehlakçılarla görüşmək, sosial mediada görünmək üçün daha çox vaxt və büdcə ayırmaq üçün hər gün sosial medianın gücündən daha çox istifadə edir. Bəs, sosial mediaya verilən bu zəhmətin müqabilində ən çox hansı markalar qazanır?


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bir aydır 50 min sosial media hesabını araşdıran "SocialBrands", 1-31 iyul tarixlərində sosial medianın ən uğurlu markalarını açıqlayıb. Sosial media performansı ilə tez-tez seçilən "Netflix"1-31 İyul dövründə bütün "Facebook", "Twitter" və "Instagram" kanallarında göstərdiyi təsirli performansı ilə "SocialBrands" Top100 siyahısının zirvəsindəki yerini tutan marka olub. Markanın platformasında serial və filmlərlə bağlı paylaşdığı əyləncəli məzmun sosial media istifadəçilərinin böyük marağına səbəb olub.


"SocialBrands" Top100 Siyahısının 2-ci pilləsində olan "Baykar" müdafiə sənayesindəki texnologiyası ilə sosial media istifadəçilərinin diqqətini çəkməyə davam edir. "English Home" isə siyahının üçüncü markasıdır.





Siyahının davamını linkə daxil olaraq baxa bilərsiniz.