İkigünlük fasilədən sonra dünya bazarlarında neft bahalaşıb.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bunu birjaların məlumatları göstərir.


“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,53% artaraq 1 barel üçün 94,62 ABŞ dolları təşkil edib.


WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,75% yüksələrək 1 bareli 89,19 dollara çatıb.