Hilton otelde "KGL Beynəlxalq İngilis dili yarışması"nın təltifetmə mərasimi keçirilib. Tədbir "Avrasiya Tədris Mərkəzinin" təşkilatçılığı ilə baş tutub.


Tədbirdə iştirakçılarla yanaşı təhsil işçiləri də dəvət olunub. I, II və III yerlərə fərqlənmə göstərən iştirakçılara medal və sertifikatlar qonaqlar tərəfindən təqdim olunub. Pre-A1 səviyyəsi üzrə I, II və III yerə uyğun pul mükafatı, I yerin sahiblərinin təhsil aldığı məktəblərə təşəkkür plaketi təqdim edilib. Bundan əlavə digər iştirakçılara həvəsləndirici sertifikatlar təqdim olunub.