Son rübdə 14 milyondan çox istifadəçi qazanan Disney+ abunəçilərinin ümumi sayı 150 milyonu ötüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, rəqəmsal yayım platforması "Disney+", son rübdə qazancını açıqlayıb. Şirkətin paylaşdığı məlumata görə, "Disney+" 14,4 milyon abunəçi əlavə edərək 10 milyonluq gözləntiləri aşdı.


Şirkət həmçinin "Disney+" üçün 2024-cü il proqnozunu 215-245 milyon abunəçiyə endirdiyini açıqlayıb. Şirkətin əvvəlki hədəfi 230 ilə 260 milyon arasında abunəçi qazanmaq idi, lakin "Disney" həm yüksək, həm də aşağı səviyyələrdə hədəflərini bir qədər aşağı saldı.


Şirkət "Disney+" beynəlxalq abunəçilərinin 6 milyon artaraq 49,2 milyona çatdığını bildirib. Abunələrin çoxu isə ABŞ və Kanadadan kənardandır. Bununla belə, "Disney" dekabrın 8-dən etibarən ABŞ-da reklamsız "Disney+" abunəliyinin qiymətini cari 7,99 dollardan ayda 10,99 dollara qaldırdığını açıqlayıb.