"Xiaomi" ilk insanabənzər robot olan "CyberOne"u təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 1.77 boyu və 52 kiloqram ağırlığında olan robotu "Xiaomi" şirkətinin baş direktoru Lei Jun təqdim edib.


Robot xarici görünüşü ilə Tesla Botu ağla gətirsə də, "Xiaomi"nin "YouTube"da paylaşdığı tanıtım videosundan sonra "Boston Dynamics"in "Atlas" adlı robotu ilə müqayisə edilməyə başlandı. Məlum olduğu kimi, "Atlas" yüksək inkişaf etmiş hərəkət qabiliyyətinə malik robotdur.


Tanıtım çarxını izləyə bilərsiniz: