Rusiyanın işğalı altında olan Ukraynanın müdafiəsində mühüm rol oynayan Bayraktar TB2 silahlı pilotsuz təyyarəsinə tələbat artıb. Baykar Ukraynada fabrik qurmaq qərarına gəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin baş direktoru Haluk Bayraktar, Baykarın ayda iyirmi Bayraktar TB2 istehsal etmək gücünə malik olduğunu və Ukraynada qurulacaq fabriklə bu gücü artırmağı düşündüklərini açıqlayıb.


Baykar Ukraynada inşa edəcəyi fabrikdə Bayraktar TB2 ilə yanaşı "Bayraktar Akıncı" və "Bayraktar Kızılelma" modellərini də istehsal etməyi planlaşdırır.