İndiyə qədər yalnız ətrafdakı obyektləri tanıyan və rəhbərliyə ehtiyacı olan robotlar üçün bir ilk olub: İlk dəfə olaraq robot öz “varlığını” kəşf edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Columbia Engineering komandası təkcə ətrafını deyil, həm də özünü hiss edə bilən, hətta özünü "təsəvvür edə" bilən robot hazırlayıb.



Tədqiqatçılar robot qolunu 360 dərəcə bucaqdan çəkən beş kamera ilə birləşdirərək başlayıblar. Bu kameralardan alınan görüntülərdə öz motor əmrlərinin nəticələrini görən robot, hərəkətlərini və özünü öyrənməyə üç saat sərf etdikdən sonra dayandı. Araşdırmaya görə, robot daha sonra bu məlumatdan müxtəlif maneələri aşmaq, məqsədlərə çatmaq və ya maneələrdən qaçmaq üçün istifadə edib.


Alimlərin fikrincə, bu iş özünü təmin edən robotlar üçün mühüm irəliləyiş olacaq. Bu yolla robotlar problemləri təkbaşına həll edə, özlərini anlaya, nasazlıqları və ya zədələri təmir edə biləcəklər.