"Apple"ın ilk məhsulu "Apple-1" kompüterlərindən biri hərraca çıxarılıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ texnologiya nəhəngi "Apple" şirkətinin ilk məhsulu olan "Apple-1" adlı kompüter 1976-cı ildə şirkətin həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak tərəfindən hazırlanıb və satışa təqdim edilib.


1976-cı ildə məşhur amerikalı kompüter alimi və proqramçısı Stiv Voznyak tərəfindən hazırlanmış və Stiv Cobsa məxsus olduğu bildirilən "Apple-1" kompüteri hərraca çıxarılıb.


Ən azı 500 min dollara alıcı tapacağı gözlənilən "Apple-1" prototipini adının çəkilməsini istəməyən kolleksiyaçı 677 min dollara alıb.