Rusiyanın neft hasilatı ilin 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 309 milyon tona çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya Federal Statistika İnstitutunun açıqladığı məlumatlara görə, ölkədə neft hasilatı iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 45,5 milyon tona çatıb.


Bu ilin yanvar-iyul aylarında Rusiyada neft hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 309 milyon tona çatıb.


Bir çox Qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiya neftinin idxalını dayandırsa da, Rusiya rəsmiləri Qərb ölkələrinin yuxarıda qeyd etdiyimiz addımları ilə neft ixracını, xüsusilə Asiya bazarına artırmaq istəyirlər.


Dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiya ötən il 536 milyon ton neft hasil edib.