"My Data Summit" - Hər datanın öz dəyəri vardır.


Facemark.az media tərəfdaşı olduğu foruma istinadən xəbər verir.


"My Data Summit", "Microsoft Office" və "Power Platforma" məhsulları haqqında danışan məruzəçiləri birləşdirən dünyanın ilk onlayn konfransıdır. "My Data Summit" "Microsoft" spikerləri, "Microsoft MVP"ləri və müxtəlif ölkələrdən olan icma ekspertləri ilə təşkil edilən 3 gün ərzində keçiriləcək tədbirdir.


Bu konfrans "Microsoft Excel", "Power BI", "Power Automate", "Power Apps", "Power Query", "Power Pivot (DAX)", "Azure", "Data Visualization" və daha çox "Microsoft Office" və "Power Platform" mövzularını əhatə edən 33 sessiyadan ibarətdir.


Nələr qazanacaqsınız?


"My Data Summit" onlayn konfransı ilə siz bütün dünyada şəbəkənizi qurmaq və dünya ekspertlərindən yeni bacarıqlar öyrənmək imkanı əldə edirsiniz.


Forumun məqsədi cəmiyyəti ən yeni və fərqli texnologiyalardan xəbərdar etmək və icma üzvlərinə məhsuldarlığını və performansını artıran doğru texnologiyadan lazımi yerdə, doğru zamanda istifadə etməyə kömək etməkdir.


Tədbir "Endless Fairs" virtual platformasında baş tutacaqdır.


Link vasitəsilə və ILGAR-FREE kuponundan istifadə edərək foruma ödənişsiz qatıla bilərsiniz.


Qeyd edək ki, tədbirə qatılanlara sertifikat və 1 il ərzində sessiyalara giriş imkanları veriləcəkdir.



26 avqust 2022-ci il tarixində saat 21:00-da Baku Power BI, "Excel & Innovative Educators Meetup Group"u tərəfindən təşkil olunan və "My Data Summit" spikerlərindən biri Brian Julius-un iştirakı ilə keçiriləcək Meetup sessiyasına qatılmağa dəvət edirik.


Meetupa link vasitəsilə qeydiyyatdan keçərək qoşula bilərsiniz.


Tədbirə qatılanlardan 3 nəfər Enterprise DNA-dən 1 illik platformaya giriş imkanı və 1 nəfər isə Mehriban Ziyanın 21-ci Əsr Öyrənmə Dizaynı kitabını əldə etmə imkanları qazanacaqlar.