"BlackBerry" 2000-ci illərdən danışarkən ağıla gələn bir çox ikonik cihazlardan biridir. Lakin bu sevilən modelin ömrü o qədər də uzun çəkmədi.


Smartfon nəhəngləri “Apple” və “Samsung”un bazara çıxmasından sonra diqqət mərkəzində olmağı dayandıran "BlackBerry" əslində dünyanın ilk smartfonudur.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, prodüserlər bu hekayəni Hollivudun bioqrafiya filmləri siyahısına daxil etməyi qərara aldılar. Matthew Johnsonun rejissorluğu ilə çəkiləcək film “BlackBerry” adlanacaq və cihazın yüksəlişi və enişi haqqında ətraflı məlumat verəcək.