Bu ilin yanvar-iyul aylarında Bakı üzrə sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 43,1 mlrd. manat təşkil edib.


Facemark.azAPA-Economics”ə istinadən xəbər verir ki, sənaye məhsulunun 85,5%-i mədənçıxarma, 12,6%-i emal, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 90,6% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,1%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,9% təşkil edib.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında cari ilin 1 avqust vəziyyətinə 421,5 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 76,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.