"LG Eletronics" "LG Art Lab" adlı NFT platforması yaratdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hələlik sadəcə ABŞ-da webOS əməliyyat sistemi 5.0 və daha müasir versiyaları olan smart televizorlardan əldə edilə bilən bu NFT platforması LG smart televiziya istifadəçiləri tərəfindən televizor ekranlarında göstərilə bilən NFT-lərin ticarəti üçün istifadə edə biləcəklər.


Şirkət ağıllı televizorlarda mükəmməl NFT vitrinlərin yarada biləcəklərini və bunun sayəsində istifadəçilərin televizora baxmaqdan daha çox zövq alacaqlarını düşünür.


Qeyd edək ki, "LG Art Lab" məşhur heykəltəraş Barry X Ball tərəfindən hazırlanmış NFT “Metal” kolleksiyası ilə qapılarını smart televizor istifadəçilərinin üzünə açıb.