"Apple"ın Far Out tədbirində çoxdan gözlənilən iPhone 14 ailəsi təqdim edildi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu ailənin ən vacib üzvlər şübhəsiz ki, iPhone 14 Pro ve iPhone 14 Pro Max oldu. Qara, gümüşü, qızıl rənglərinə sahib cihaz bir də "deep purple" adı verilən bənövşəyi rəngdə istehsal olunub.



iPhone 14 Pro bir öncəki modeldən 30% daha az yer tutur. Cihazın ən diqqət çəkən xüsusiyyətlərindən biri "Dynamic Island" adlanan hissəsidir. "Dynamic Island" sizi o an gördüyünüz işlərdən uzaqlaşdırmayaraq, musiqinizi, "Face Time"ı və daha bir çox şeyi qarşınıza gətirir. Yuxarı bölmədə yerləşən bu sahə bildiriş gəldikdə genişlənir. Zəng gələndə, Face ID aktivləşdiyində və ya musiqi dinlədiyiniz zaman bu hissəyə daxil olub, bir çox şeylə məşğul ola bilirsiniz.


Kilid ekranına hər zaman göz gəzdirə bilirsiniz və son gələn bildirişlərə baxmaq üçün ekranı açmağa ehtiyyac qalmır. iPhone-u arxasıüstə çevridiyinizdə və ya cibinizə yerləşdirdiyinizdə ekran sönərək batareyaya qənaət edir.


İOS 16 kilid ekranınızı öz istəyinizə uyğun əyləncəli şəkildə fərdiləşdirməyinizə imkan yaradır. Siz daha çox diqqəti cəlb etmək üçün onu vurğulaya və fəaliyyət halqalarınızı izləyə bilərsiniz. Siz, həmçinin sevimli proqramlarınızdan real vaxt yeniləmələrini də görə bilərsiniz. Tətbiq izləməsində Şəffaflıq ilə siz hansı proqramların fəaliyyətinizi izləyə biləcəyinə qərar verirsiniz.


Gün işığında 2 qat daha parlak ekran





Gün işığında 2 qat daha parlak ekran təqdim edən iPhone 14 daha incə çərçivələrə malikdir. 2000 nit parlaqlığı olan ekran cihazda kilid ekranı və widgetları da fərdiləşdirə bilir. iPhone 14 ciddi avtomobil qəzası keçirdiyinizi başa düşüb, özü dərhal 113-ə və təcili şəxslərə zəng vuracaq.


iPhone 14 Pro ailəsinin diqqət çəkən kamera xüsusiyyətləri


iPhone 14 Pro 48 meqapiksellik əsas kameradan istifadə edir. O, hər kəsmə ilə ProRAW formatında 4 qat daha yaxşı görüntü imkanı ilə inanılmaz detallı şəkillər təqdim edir və iPhone 13 Pro-dan 65% daha böyük sensora malikdir.


Dörd pikselli sensor sayəsində Pro kamera sistemindəki üç sabit obyektivdən kənara çıxaraq, 2 qat Telefoto çəkməyə imkan verir. Beləliklə, böyütmə seçimləri 0,5, 1, 2 və 3 dəfə genişlənir. Bu yeni Telefoto dörd pikselli sensorun ortasındakı 12 meqapikseldən istifadə edir. Beləliklə, o, rəqəmsal böyütmədən tam təsvir ölçülü fotoşəkillər və 4K videolar çəkmək imkanını təklif edir. Yeni Telefoto, həmçinin Portret rejimi, Sürətli çəkiliş və Panorama rejimlərində də işləyir.


Ultra Geniş kamera ilə zəif işıqda 3 dəfəyə qədər, əsas kamera ilə zəif işıqda 2 dəfəyə qədər, telefoto kamera ilə zəif işıqda 2 dəfəyə qədər daha yaxşı fotoşəkillər və kinematik rejim saniyədə 24 kadr sürətlə 4K HDR çəkə bilir.


Yeni TrueDepth ön kamera





Avtofokus və daha geniş diyaframlı yeni TrueDepth ön kamerası ilə aydın, rəngli yaxın kadrlar çəkilə bilər. TrueDepth kamera və A16 Bionic, həmçinin smartfonda ən təhlükəsiz üz identifikasiyası texnologiyası olan Face ID-i gücləndirir. iPhone 14 Pro qiymətli resurs hasilatını azaltmaq üçün bütün kameralarında 100% təkrar emal edilmiş qızıl teldən istifadə edir.


A16 Bionic çipindəki Secure Enclave, kontakt siyahısı, Face ID məlumatları və s. kimi şəxsi məlumatları qoruyur. Saniyədə, təxminən 17 trilyon əməliyyat yerinə yetirən A16-nın Sinir Mühərriki çəkdiyiniz bütün fotoşəkilləri piksel-piksel təhlil edərək onları daha yaxşı edir. 50% daha çox bant genişliyi təklif edən 5 nüvəli GPU ən son mobil oyunların mürəkkəb qrafiklərini idarə edir. Enerji səmərəliliyi sayəsində A16 Bionic çipi sürətli performansını daha uzun müddət saxlayır.


iPhone 14 Pro ailəsinin batareya ömrü də kifayət qədər uzundur. iPhone 14 Pro Max-da 29 saata qədər, iPhone 14 Pro-da 23 saata qədər video oxutma mümkündür.



iPhone 14 və iPhone 14 Pro modelinin satış qiymətləri:


- 128 GB yaddaşa sahib iPhone 14 - 799$


- 256 GB yaddaşa sahib iPhone 14 - 899$


- 512 GB yaddaşa sahib iPhone 14 - 1099$


- 128 GB yaddaşa sahib iPhone 14 Plus - 899$


- 256 GB yaddaşa sahib iPhone 14 Plus - 999$


- 512 GB yaddaşa sahib iPhone 14 Plus - 1199$.


- 128 GB yaddaşa sahib iPhone 14 Pro - 999$


- 128 GB yaddaşa sahib iPhone 14 Pro - 999$


- 256 GB yaddaşa sahib iPhone 14 Pro - 1099$


- 512 GB yaddaşa sahib iPhone 14 Pro - 1299$


-1 TB yaddaşa sahib iPhone 14 Pro - 1499$


- 128 GB yaddaşa sahib iPhone 14 Pro Max - 1099$


- 256 GB yaddaşa sahib iPhone 14 Pro Max - 1199$


- 512 GB yaddaşa sahib iPhone 14 Pro Max - 1399$


- 1 TB yaddaşa sahib iPhone 14 Pro Max -1599$