Bütün Tvitteri almaq üçün 44 mlrd. dollarlıq təklif verən İlon Mask Rusiyanın Ukraynaya hücumundan aylar sonra bu sövdələşmədən geri çəkildiyini bildirmişdi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sövdələşməni geri çəkilmə səbəbi kimi Tvitterdakı bot, saxta hesab sayının gözlənildən daha çox olduğunu və Tvitterin düzgün hesabat vermədiyini deyən İlon Mask niyə imtina verdiyini rus lider Vladimir Putindən bir sitatla izah verib.


Bütün bunlar mövzu ilə bağlı davam edən araşdırmada Maskın şəxsi mesajlarının açıqlanması ilə ortaya çıxıb. Maskın Morgan Stanley əməkdaşı ilə danışıqları zamanı Vladimir Putinin İkinci Dünya Müharibəsində Rusiyanın Almaniya üzərində qələbəsinin 77-ci ildönümündə etdiyi çıxışa işarə edərək, “Gəlin bir neçə gün sürəti azaldaq. Putinin bugünkü çıxışı həqiqətən vacibdir. Üçüncü Dünya Müharibəsinə doğru gediriksə, Tvitteri almağın mənası yoxdur” deyə qeyd edib.


Mask hesab edir ki, sosial media şirkəti yanlış sayda saxta və bot hesabları verməklə onu bilərəkdən çaşdırıb.