Yemek çatdırılma platforması olan "Uber Eats" yeməklərin çatdırılması üçün avtonom avtomobil startapı "Nuro" ilə əməkdaşlığa başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, əldə olunan razılaşmaya görə Uber 10 il müddətində avtonom avtomobil startapı "Nuro"nun paylayıcı nəqliyyat vasitələrindən istifadə edəcək.


Qeyd edək ki, tərəfdaşlıq bu ilin payızında qüvvəyə minəcək. "Nuro" Kaliforniyada avtonom nəqliyyat vasitələrinin çatdırılması xidmətini idarə etmək üçün bütün lazımi təsdiqləri və icazələri əldə edib. Yəni "Uber" həyata keçirilən hər bir avtonom çatdırılma üçün ödəniş edə biləcək. Tiger Global tərəfdaşı Griffin Schroeder, "E-ticarətin inkişafı ilə məhsullara çıxış yolumuz dəyişdi. "Nuro" davamlı, aşağı qiymətli, avtonom yerli çatdırılma dövrünə körpüdür" bildirərək şirkətin nə qədər vacib olduğunu ifadə edib. 2016-cı ildə Dave Ferguson və Jiajun Zhu tərəfindən qurulan "Nuro", investisiyadan əlavə "Google Cloud" ilə 5 illik ortaqlığa başlayıb.