Ev heyvanları texnologiyaları sənayesinin 2028-ci ildə 22 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu texnologiyalar izləmə, baxış və əyləncə seqmentlərinə bölünür.


Ev heyvanına sahib olmaq özü ilə qulluq və qidalanma kimi məsuliyyətləri də bərabərində gətirir. Ona görə də günümüzün müasir dünyasında ev heyvanlarının xəstəlik tarixçəsini qeyd etmək, qida və qum almaq, ən uyğun baytar həkimə çatmaq kimi ehtiyaclar ön plana çıxır. Bu nöqtədə pet texnologiyaları işə düşür. Son zamanlar ev heyvanlarının artan nisbəti rəqəmsal dünyaya da təsir edir və bu sahəyə tələbat artır.