"Apple" haqqında dəqiq proqnozları ilə tanınan "Bloomberg"dən Mark Qurmanın çatdırdığı məlumata görə, şirkət yeni abunə modeli üzərində işlərini davam etdirir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Gurmanın məlumatına görə abunəlik modelin üzərində işlər gedir və bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacaq.


Qeyd edək ki, sözügedən abunəlik modelinin yeni "iPhone" modelləri ilə bir təqdim olunacağı düşünülürdü, lakin bu gözlənildiyi kimi olmadı.


Əlavə edək ki, "Apple" tərəfindən təqdim ediləcək yeni abunə modeli "Apple One" və "AppleCare" ilə inteqrasiya oluna bilər. Abunəlik modelinə 1 və ya 2 illik icarə seçimləri daxil olacaq. Abunə modelinə hansı aparat məhsullarının daxil olacağı hələlik dəqiq deyil.