Şəxsi kosmos səyahətində inqilab edən "Blue Origin"in sınaq məqsədilə buraxılan raketi havada partlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sərnişin daşımayan raket havaya qalxarkən yerə çırpılıb.


Daha əvvəl dəfələrlə atılan “New Shephard” raketinin fərqli modeli olan bu raket, bu gün keçiriləcək təcrübə sayəsində kosmosa buraxılmalı idi. Bu pilotsuz buraxılışdan dərhal sonra raket yalnız 1 dəqiqə havada qaldıqdan sonra itələyicilərin nasazlığı səbəbindən havada alov topuna çevrildi. Sərnişinləri daşıyan, lakin uçuş zamanı boş olan raketin kapsulası partlayışdan az əvvəl raketi tərk edərək səhraya düşüb.


https://youtu.be/kqbhyuYXlNo


Şirkət rəsmiləri partlayışdan 1 saat sonra verdiyi açıqlamada, “Görünür, uçuş zamanı anomaliya ilə qarşılaşdıq. Təkərlərdə problem var idi, lakin qaçış sistemi nəzərdə tutulduğu kimi dizayn edilib”. O, partlayışın yanacaq qazı tərəfindən törədildiyini bildirib.