"Google" axtarış sisteminin mövqeyini möhkəmləndirmək üçün Android əməliyyat sistemindən istifadə etdiyinə görə 4 milyard avro cərimələnib. Bu cəza Avropa Komissiyası tərəfindən tətbiq edilən ən yüksək antiinhisar cəzası kimi qeydə alınıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropa İttifaqı məhkəməsi "Google"u sənayedə axtarış sisteminin lider mövqeyini möhkəmləndirmək üçün Android əməliyyat sistemindən istifadə etdiyinə görə rekord məbləğdə cərimələyib. 4,125 milyard avroluq cərimə Avropa Komissiyasının indiyə qədər verdiyi ən böyük antiinhisar cəzası kimi qeydə alınıb. Bu cür cərimələr və onların arxasında duran qaydalar sənayedə rəqabəti tənzimləmək və inhisarçılığın qarşısını almaq məqsədi daşıyır.


Məhkəmə buna haqq qazandırıb ki, "Google" 2018-ci ildə Android smartfonları istehsal edən şirkətləri istifadəçilərinin "Google Play Store"a daxil ola bilməsi üçün "Chrome" veb brauzerini və axtarış sistemini telefonlarına inteqrasiya etməyə məcbur edib.


Birinci halda 4,3 milyard avroluq cəza ilə üzləşən və bu vəziyyətə etiraz edən "Google"un etirazı qəbul edilməyib, Avropa Komissiyası isə kiçik bir azalma edərək cəzanı 4,125 milyard avroya endirib.