"Amazon"un uğurlu e-kitab oxuyucusu "Kindle" ən əsas xüsusiyyətləri və ən sərfəli versiyası ilə yenilənib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni "Kindle" yaddaşı 8 GB-dan 16 GB-a yüksəldilmiş, ekran ayırdetmə qabiliyyəti 167 dpi-dən 300 dpi-ə yüksəlmiş, gözləmə müddəti altı həftəyə yüksəlmiş, tənzimlənən ön işıq və USB-C şarj portu ilə oxucularını gözləyir.


Bundan əlavə, 90% təkrar emal olunmuş alüminiumdan istifadə edilən cihazın qablaşdırılmasında 100% ağac lifindən istifadə edilib.