ABŞ prezidenti Co Bayden qeyd edib ki, əgər Çin hücum edərsə və işğala cəhd edərsə, ABŞ Tayvanı müdafiə edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Bayden CBS telekanalının "60 dəqiqə" verilişində deyib: "Əgər misli görünməmiş bir hücum olarsa, ABŞ qüvvələri Taylandı müdafiə edəcək".


Bu zamana kimi ABŞ Tayvana hücum olacağı təqdirdə hərbi cavab verib-verməyəcəyi ilə bağlı dəqiq açıqlama vermirdi.


Baydenin açıqlamaları ilə bağlı suala Ağ Ev sözçüsü cavab verib ki, ABŞ-ın Tayvanla bağlı siyasəti dəyişməyib.