"App Store"da həm oyun və proqramların qiymətləri, həm də proqramların və oyundaxili alışların qiymətləri artacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bir çox ölkə üçün keçərli olacaq "App Store" artımı gələn oktyabr ayından etibarlı olacaq. Qiymət artımının oktyabrın 5-də həyata keçiriləcəyi gözlənilir. Onu da əlavə edək ki, ötürülən məlumata görə, həm App Store-da oyun və proqramların qiymətləri, həm də proqramların və oyundaxili alışların qiymətləri artacaq.


Artımın tətbiq ediləcəyi ölkələr arasında Çili, Misir, Yaponiya, Malayziya, Pakistan, Polşa, Cənubi Koreya, İsveç, Vyetnam və avrodan valyuta kimi istifadə edən ölkələr var.